
HƏMAS son 24 saat ərzində İsrail ordusunun bombardmanları nəticəsində yaraqlılar tərəfindən İsraildə ələ keçirilən 9 girovun öldüyünü iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS teleqram kanalında mesaj yayılıb.
Qrupun məlumatına görə, ölənlər arasında dörd əcnəbi də var. HƏMAS qurbanların milliyyətini açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 13-də HƏMAS bildirib ki, İsrailin hava hücumları nəticəsində 13 girov həlak olub. Həmas bu məlumatı təsdiqləyən heç bir sübut təqdim etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz