
İtaliyanın baş məşqçisi Antonio Konte futbola mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, “La Gazzetta dello Sport” Kontenin çıxışından sitat gətirib.
“Stress mənim yanacaqımdır, təzyiq məni motivasiya edir, çünki qalib gələndə daha yaxşı olur. Müsbət və mənfi stress var. Mənim üçün bu, enerji və saf adrenalindir. Qayıdanda ən çətin problemlərin öhdəsindən gəlməyə daha yaxşı hazırlaşacağam. Xəbərləri oxuyuram, amma indi hiss edirəm ki, özümə və böyüyən qızıma vaxt ayırmalıyam. Bundan sonra döyüşə qayıtmağa hazır olacağam. Mən qayıdanda isə başqaları üçün çətin olacaq”, - baş məşqçi bildirib.