Mingəçevirdə balıqçı itkin düşüb


Mingəçevirdə Bayramov Sərdar Saleh oğlu itkin düşüb.  
Həyat yoldaşı Aynurə Qədirova Yeniavaz.com-a bildirib ki, o, 4 gün bundan öncə balıq tutmaq üçün Samux gölünə gedib və geri qayıtmayıb.
O deyir ki, həyat yoldaşı Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Artıq 51 yaşlı balıqçının axtarışlarına başlanılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin "Aran" dalğıc-axtarış qrupu batan şəxsin axtarır. Hələlik axtarışlar heç bir nəticə verməyib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top