
Qəzzada 120-dən çox mülki şəxs Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən əsir götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzzada 120-dən çox dinc sakinin HƏMAS terror təşkilatı tərəfindən əsir götürüldüyünü təsdiqləyib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrailə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.
HƏMAS bu hücumu İsrailin Qüdsdəki Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab hesab edir. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzza zolağını, həmçinn, Livan və Suriyanın müəyyən ərazilərini vurmağa başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. Son məlumatlara görə, 1,9 min fələstinli həlak olub, 7 minə yaxın fələstinli yaralanıb. İsrail tərəfində isə 1,5 minə qədər insan münaqişənin qurbanı olub, 4 minə yaxın insan yaralanıb.