“İsrail düşmənlərimizin dəhşətli hərəkətlərini heç vaxt unutmayacaq və bağışlamayacaq”.
Yeniavaz.com “Haaretz”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Şabat ərəfəsində xalqa müraciətində deyib.
“Söz verirəm ki, Qəzza zolağında indiyədək 1700-dən çox fələstinlinin ölümünə səbəb olan hava hücumları yalnız başlanğıcdır. Biz öz evimiz üçün şirlər kimi döyüşürük”, - baş nazir bildirib.
O, həmçinin qeyd edib ki, İsrail HƏMAS-a qarşı mübarizədə həm ictimai rəydə, həm də ABŞ-dan hərbi yardımda əhəmiyyətli beynəlxalq dəstək əldə edib:
“HƏMAS-ı məhv edəcəyik və qələbə qazanacağıq. Bu, vaxt aparacaq, lakin biz bu müharibəni həmişəkindən daha güclü şəkildə bitirəcəyik”.