“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sosial şəbəkə hesabında yazıb.
“Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, - Klaar qeyd edib.