
““Reuters”in videoqrafı İssam Abdulla Livanın cənubunda işləyərkən açılan atəş nəticəsində öldürülüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Agentliyin yaydığı bəyanatda deyilir.
“Videoqrafımız İssam Abdullanın öldürüldüyünü öyrənmək bizi çox kədərləndirdi. Biz təcili olaraq əlavə məlumat axtarırıq, regional hakimiyyət orqanları ilə işləyirik və İssamın ailəsinə və həmkarlarına dəstək oluruq”, - məlumatda deyilir.
Qeyd olunur ki, İssam Abdulla Livanın cənubunda canlı video yayımı təmin edən “Reuters”in çəkiliş qrupunun bir hissəsi idi.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin Livanın cənubunu atəşə tutması nəticəsində azı bir jurnalist həlak olub, üçü isə yaralanıb. Telekanalın məlumatına görə, “Əl-Cəzirə”, “Reuters” və “AFP”nin jurnalistləri tank atəşinə tutulub.