
“Son 24 saat ərzində Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağın Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Rusiya sülhməramlıları ərazilərdə elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər.
Bildirilir ki, gün ərzində atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.