“Paşinyan indi səyahət etməli vəziyyətdə deyil”


“Vəziyyət normallaşdıqdan sonra Ermənistana səfər edəcəyəm”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının sammitindən sonra Bişkekdə keçirilən mətbuat konfransında bildirib.
Rusiya lideri qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan indi səyahət etməli vəziyyətdə deyil:
“Biz onunla əlaqə saxlayırıq. Dəvət var, onun da Rusiyaya dəvəti var. Baxacağıq. Biz hər şeyi başa düşürük, hamımız böyük adamlarıq. Biz orada nə baş verdiyini anlayırıq. O yəqin ki, indi səfər edəcək vəziyyətdə deyil. Amma biz onunla əlaqə saxlayırıq, işləyirik. Normal vəziyyət yaranarsa, mən onların yanına gedəcəm, onlar da gələcək, o da gələcək”, - Putin jurnalistlərə deyib.

DİGƏR XƏBƏRLƏR

Top