Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezidenti rəsmi şəxslər yola salıblar.
***17:32
Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Yeniavaz.com xəbər verir ki, Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.