“Putin və Əliyev Vardanyanla bağlı vəziyyəti müzakirə etməyiblər” – Kreml


Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev görüşün ictimai hissəsində özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanla bağlı vəziyyəti müzakirə etməyiblər.
Yeniavaz.com
xəbər erir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Yox. Söhbətin kifayət qədər uzun sürən təkbətək hissəsi oldu. Və nə danışdıqlarını bilmirəm”, - deyə o, müvafiq suala cavab verib.
Xatırladaq ki, Putin və Əliyev arasında görüş oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top