Separatçılar ailələri ilə əlaqə saxlayıblar


Törətdikləri qanunsuz cinayət əməllərinə görə həbs edilən qondarma rejimin keçmiş “rəhbərləri” ailə üzvləri ilə telefon danışığı aparıblar.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı News.am-a Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan təsdiqləyib.
Onun sözlərinə görə, qardaşı, qondarma rejimin “Müdafiə Ordusu komandanının sabiq birinci müavini” Davit Manukyan 2 gün əvvəl ailə üzvləri ilə telefon danışığı aparıb.
Deputatın məlumatına görə, onunla yanaşı, separatçı rejimin keçmiş “prezidentlərinə” və “müdafiə naziri” Levon Mnatsakanyana da ailələri ilə əlaqə saxlamaq imkanı verilib.
Qeyd edək ki, ötən gün separatçıların sabiq “dövlət naziri” Ruben Vardanyanın oğlu da açıqlama verərək, atasının ailəsi ilə əlaqə saxladığını deyib. O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, yuxarıda adı çəkilənlərlə yanaşı, Qarabağdakı separatçılara başçılıq etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, qondarma “parlamentə” sədrlik etmiş Davit İşxanyan və “xarici işlər naziri” olmuş Davit Babayan da Bakıda həbsdədir. Onların hamısı dörd ay müddətinə həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top