Mərmərədə taxıl daşıyan iki yük gəmisi toqquşdu


Türkiyənin şimal-qərbində Mərmərə dənizində taxıl daşıyan iki yük gəmisi toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, Ukraynanın İzmail şəhərindən İspaniyanın Valensiya şəhərinə üzən və göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” yük gəmisi Rusiyanın Kavkaz limanından İsrailin Aşdod limanına gedən və taxıl daşıyan 169 metrlik “Asomatos” yük gəmisi ilə Marmara dənizində toqquşub.
Dərhal sonra Sahil Mühafizəsi Baş İdarəsinə məxsus “KIYEM-4” sürətli xilasetmə qayığı hadisə yerinə göndərilib.
Yoxlamalar zamanı gəmilərə maddi ziyan dəydiyi, ancaq ölüm, yaralanma və ətraf mühitin çirklənməsi hallarının qeydə alınmadığı müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top