“Münaqişəyə son qoymaq iki dövlətin yaradılması ilə mümkündür”


“Qərb ölkələri Fələstin-İsrail münaqişəsində gərginliyi azaltmaq üçün addımlar atmalıdır”.
Yeniavaz.com
Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
Ərdoğan, həmçinin Qəzzada dinc insanlara qarşı insan hüquqlarının pozulmasının qəbuledilməz olduğunu və Türkiyənin onlara yardımların çatdırılması üçün səy göstərdiyini bildirib.
Türkiyə Prezidenti xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq üçün addımlar atmalı olduqlarını və sülhə xidmət etməyən səylərdən qaçmalı olduqlarini bildirib.
“Türkiyə İsrailin Qəzza zolağında mülki şəxslərə qarşı hərəkətlərini insan hüquqlarının pozulması kimi qiymətləndirir. Fələstin-İsrail münaqişəsinə son qoymaq iki dövlətin yaradılması ilə mümkündür”, - Ərdoğan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top