Putin MDB sammitinin növbəti il Rusiyada keçirilməsini təklif etdi


Rusiya Prezidenti Vladimir Putin MDB sammitinin Rusiyanın MDB-də sədrliyi çərçivəsində 2024-cü il oktyabrın 8-də Rusiyada keçirilməsini təklif edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya lideri Bişkekdə MDB Dövlər Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında deyib.
"Bir daha qeyd etmək istərdim ki, Rusiya MDB-dəki tərəfdaşları ilə tarixən möhkəm, mehriban, həqiqətən etimada əsaslanan münasibətləri səmimiyyətlə qiymətləndirir. Öz növbəsində, gələn il Birliyin sədri kimi Rusiya da bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq üçün bütün səylərini əsirgəməyəcək”, - Putin deyib.
"Sammitin vaxtına gəlincə, biz gələn il oktyabrın 8-ni təklif edirik", - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top