Türkiyə Qəzzaya humanitar yardım göndərdi


Türkiyədən Qəzzaya ilk humanitar yardım yola salınıb.
Yeniavaz.com TRT Haber-ə istinadla xəbər verir ki, Türkiyə yardım olaraq Qəzzaya ərzaq bağlamaları və təcili tibbi yardım göndərib.
Qeyd olunur ki, hərbi təyyarə ilə göndərilən yardım Misirə göndərilmək üçün yoldadır. Belə ki, AFAD və Qızıl Ayparanın koordinasiyasında hazırlanan yardımlar əvvəlcə Əl-Ariş hava limanına enəcək, sonra yardımlar TIR-lara yüklənərək Misirin Rəfah qapısına göndəriləcək. Daha sonra da Qəzzaya çatdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top