Evlərini tərk edən qəzzalıların sayı 423 mini keçdi – BMT


Qəzza zolağında məcburi köçkünlərin sayı 423 min nəfəri ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Kütləvi köçkünlük davam edir. Qəzza zolağında məcburi köçkünlərin ümumi sayı son 24 saatda 25% artıb və hazırda 423 min nəfəri ötüb. Onların üçdə ikisindən çoxu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəblərində sığınacaq tapıb”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top