İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna təxliyə etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Teleqram kanalında bəyanat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzzadakı bütün mülki şəxsləri öz təhlükəsizlikləri cənuba təxliyə olunmağa çağırır”, - bəyanatda deyilib.
“HƏMAS terrorçuları Qəzza şəhərində evlərin altındakı tunellərdə və günahsız mülki insanların yaşadığı binaların içərisində gizlənirlər” - deyə mətbuat xidməti bəyanatda açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti, həmçinin əlavə edib ki, sakinlər yalnız müvafiq bildirişdən sonra evlərinə qayıda biləcəklər.