Bir qrup Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi Tvitter vasitəsilə məlumat yayıb.
“12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycanəsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb”, - məlumatda deyilir.