Gecə HƏMAS-a məxsus 750 hədəfə zərbələr endirilib


Ötən gecə İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Qəzza zolağının şimalında HƏMAS hərəkatının 750 hədəfinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti özünün Teleqram kanalında məlumat yayıb.
“Ötən gecə İsrail Müdafiə Qüvvələri 750 hərbi obyektə, o cümlədən HƏMAS terrorçularının yeraltı tunellərinə, habelə onların hərbi komplekslərinə, nəzarət-buraxılış məntəqələrinə və komandanlıq mərkəzləri kimi istifadə edilən yüksək rütbəli yaraqlıların iqamətgahlarına, həmçinin kommunikasiya nöqtələrinə zərbələr endirib”, - məlumatda deyilir.
Qeyd olunub ki, onlarla döyüş təyyarəsi çoxmərtəbəli binalarda yerləşən və HƏMAS tərəfindən hərbi məqsədləri üçün istifadə edilən 12 hərbi obyektə hücum edib.

DİGƏR XƏBƏRLƏR

Top