Ərdoğan ABŞ-ı Qəzzadakı münaqişəni qızışdırmaqda ittiham etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Fələstin-İsrail münaqişəsini qızışdırmaqda ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, ölkə başçısının Türkiyə Gənclik Fondunun nümayəndələri ilə çıxışını “TRT Haber” telekanalı yayımlayıb.
"Onlar deyirlər ki, Birləşmiş Ştatlar münaqişənin bölgəsinə ikinci təyyarədaşıyan gəmisini göndərib. Birləşmiş Ştatlar haradadır, Aralıq dənizi, İsrail və Fələstin haradadır? Siz burada nə edirsiniz? ABŞ oranı qızışdırmaq üçün gedəcəkmi?", - Ərdoğan bildirib.
Prezident həmçinin Qərbi Qəzza böhranı fonunda fəaliyyətsizlikdə ittiham edib:
"İndi Qəzzada su, çörək, yemək, işıq yoxdur. Bütün bunlar Ümumdünya İnsan Haqları Bəyannaməsinin kobud şəkildə pozulmasıdır. Qərb hardadır? Heç olmasa müəyyən tədbirlər görübmü? Xeyr".

DİGƏR XƏBƏRLƏR

Top