Fransa fələstinlilərə dəstək nümayişlərini qadağan etdi


Fransa hakimiyyəti fələstinlilərə dəstək nümayişlərini qadağan edib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin ölkə üzrə göndərdiyi məktubda deyilir.
Səbəb olaraq nazir bunun ictimai asayişin pozulmasına səbəb ola biləcəyini bildirib.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin başlanmasından sonra HƏMAS bütün müsəlman dünyasını oktyabrın 13-də fələstinlilərə dəstək aksiyaları keçirməyə çağırıb.
Oktyabrın 12-də Parisdə fələstinlilərə dəstək üçün keçirilən iki nümayiş iğtişaş qorxusuna görə qadağan edilib. Etiraz aksiyası Respublika meydanında keçirilib. Meydanın mərkəzində ucaldılmış Marianna heykəlinin üzərinə etirazçılar “Fələstinə azadlıq” yazıblar. Polis aksiyaya gələnləri dağıdıb.

DİGƏR XƏBƏRLƏR

Top