
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyanın Sardiniya adasında gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.
Yeniavaz.com xəbər verir ki, o, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq Dünya Çempionu tituluna yiyələnib.
Qeyd edək ki, İtaliyada keçirilən yarışda Azərbaycanı həmçinin Maqomed Muradlı təmsil edir.
Rapid üzrə 11 turun nəticələrinə əsasən Muradlı 6,5 xalla 8-ci yerdə qərarlaşıb.