
Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının tərkibinə daxil olması səbəbindən Rusiya Olimpiya Komitəsinin fəaliyyətini növbəti bildirişə qədər dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə BOK-un sözçüsü Mark Adams məlumat verib.
Qeyd edək ki, qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.