İsrail hava limanlarını vurdu, Abdullahianın təyyarəsi Suriyaya enə bilmədi


İranın xarici işlər nazirini aparan təyyarə İsrailin bombalamasından sonra Suriya hava limanlarına enə bilmədiyi üçün istiqamətini dəyişərək geri qayıtmağa məcbur olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Arabic” məlumat yayıb.
“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın təyyarəsi Dəməşq vaxtı ilə bu gün günorta saat 14:00 radələrində Dəməşq Beynəlxalq Hava Limanına enməli idi, lakin İsrailin təcavüzü nəticəsində uçuş-enmə zolağında baş verən dağıntılar buna mane oldu”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında İsrail döyüş təyyarələri Suriya sahilləri yaxınlığındakı ərazi sularından Hələb beynəlxalq hava limanına və Dəməşq beynəlxalq hava limanına eyni vaxtda iki hücum həyata keçirib.
Xatırladaq ki, Hüseyn Əmir Abdullahian daha əvvəl bəyanat vermiş və İraqdan başlayaraq Suriya və Livan da daxil olmaqla rəsmilərlə məşvərətçi görüşlər keçirmək üçün regional tura başlayacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top