Qəzza zolağında ən azı 1354 fələstinli həlak olub, daha 6049 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzza zolağında 1354 nəfər həlak olub, 6049 nəfər yaralanıb, İordan çayının qərb sahilində daha 31 nəfər ölüb, 180 nəfər yaralanıb”, - nazirliyin Teleqram kanalında yaydığı bəyanatda bildirilib.