
İsrail Dəməşq və Hələb hava limanlarında uçuş-enmə zolaqlarını vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, iki hava limanının işi dayandırılıb. Qəzet yazır ki, Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir.
Suriya televiziyası da öz növbəsində zərbələr faktını təsdiqləyib.