İsrail Qəzzaya işıq, su və yanacaq vermək üçün şərtini açıqladı


“Fələstinli radikallar bütün israilli girovları azad edənə qədər İsrail Qəzza zolağına elektrik enerjisi, su və yanacaq tədarükünü bərpa etməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin energetika naziri İsrael Katz öz sosial şəbəkə hesabında yazıb.
“Qəzzaya humanitar yardım? Qaçırılan israillilər evlərinə qayıdana qədər bir dənə də olsun elektrik açarına basılmayacaq, bir dənə də olsun su kranı açılmayacaq, bir dənə də olsun yanacaq çəni gəlməyəcək. Humanitar yardım müqabilində humanitar yardım. Və bizə heç kim əxlaq öyrətməsin”, - deyə o, bildirib.
Xatırladaq ki, İsrail hakimiyyəti HƏMAS silahlılarının 7 oktyabrda İsrail ərazisinə hücumuna cavab olaraq Qəzza zolağının tam blokadaya alındığını elan edib. Blokada çərçivəsində Fələstin anklavına su, elektrik enerjisi və yanacağın verilişinin tam kəsilməsi elan edilib.
Qeyd edək ki, Qəzza zolağı bu resursların əsas hissəsini İsraildən alır.

DİGƏR XƏBƏRLƏR

Top