
İsrail Müdafiə Qüvvələri (İDF) HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gecə İsrail Müdafiə Qüvvələri HƏMAS-ın bir hissəsi olan elit Nuxba bölməsinə və ötən şənbə günü Qəzza zolağı sərhədi yaxınlığında İsrail ərazisinə hücumun planlaşdırıldığı komandanlıq mərkəzlərinə zərbələr endirib”, - deyə ordunun rəsmi Teleqram kanalında yayılan məlumatda bildirilib.
“Bundan əlavə, İDF Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS terrorçularının dəniz qüvvələrinə rəhbərlik edən Məhəmməd Əbu Şamalın evinə zərbələr endirib”, - məlumatda qeyd edilib.
Bildirilir ki, onun evindən suda fəaliyyət göstərən silahlıların istifadə etdiyi silahların saxlanması üçün anbar kimi istifadə edilib.