“NATO Ermənistan vasitəsilə Qafqazda maraqlarını təşviq etməyə çalışır”


“Rusiya Ermənistan vasitəsilə NATO ölkələrinin Transqafqaz regionunda maraqlarını təşviq etmək cəhdlərini görür”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, həlledici dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var, əvvəllər də çox idi. Təşkilatlar Ermənistanla Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmır, əksinə, onlar burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmaq və regionda Ermənistan vasitəsilə ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin maraqlarının təşviqinə hazırlıq görmək məqsədi güdürlər.. Biz bu cəhdləri görürük, müəyyən nəticələr əldə edirlər”, - Lavrov bildirib.
Lavrov vurğulayıb ki, Rusiya erməni xalqının böyük əksəriyyətinin Rusiya Federasiyası ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlı olduğuna əmindir:
“Və mən sizin diqqətinizə çatdırmaq istərdim ki, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında açıq şəkildə bildirdi ki, Ermənistan öz təlimatlarını dəyişmir. Ümid edirik ki, İrəvanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”.

DİGƏR XƏBƏRLƏR

Top