
Oktyabrın 12-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentindən Yeniavaz.com-a verilən məlumata əsasən, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.



***09:37
Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Yeniavaz.com xəbər verir ki, oktyabrın 12-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 208 ailənin, yəni, 749 nəfərin daimi məskunlaşması təmin ediləcək.





