
Bu gün 3 rayonda qazın verilməsində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı 12.10.2023-cü il tarixdə saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin 12.10.2023-cü il tarixdə saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq , Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.