
ABŞ Vergilər Xidməti (IRS) “Microsoft”dan ödənilməmiş 28,9 milyard dollar vergini ödəməsini tələb edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
““Microsoft” təklif edilən düzəlişlə razılaşmır və IRS-ə apellyasiya şikayəti verəcək. Prosesin bir neçə il çəkəcəyi gözlənilir. Biz inanırıq ki, biz IRS qaydalarına diqqətlə əməl etmişik və həm ABŞ-da, həm də ondan kənarda tələb olunan vergiləri ödəmişik”, - şirkətin bəyanatında bildirilir.
Qeyd olunur ki, mübahisə “Microsoft”un 2004-2013-cü illər arasında müxtəlif ölkələrdə və yurisdiksiyalarda əldə etdiyi gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlıdır. Şirkət iddia edir ki, IRS-in çatışmazlığın ödənilməsi tələbi şirkətin əvvəllər ödədiyi 10 milyard dolları nəzərə almır.