KİV: “Misir Qəzzadan qaçanlar üçün dəhliz açılmasına razı olmayıb” – Yenilənib


Misir Qəzza zolağında mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması ilə bağlı hər hansı təklifi rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, anklavı tərk edən qaçqınlar üçün təhlükəsiz dəhlizlərin açılması planları Qahirə ilə ABŞ və digər ölkələrin nümayəndələri arasında Qəzza sakinlərinə humanitar yardımın göstərilməsinə dair danışıqlar zamanı təqdim edilib. Lakin Misir rəhbərliyi bu təklifləri rədd edib.

***9.00 
İsrail və Misir qaçqınların Qəzza zolağından çıxması üçün dəhliz yaratmaq üçün prinsipial razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail və Misir amerikalıların və digər ölkələrin vətəndaşlarının Qəzzanı tərk etmələri üçün təhlükəsiz dəhliz yaratmaq barədə prinsipial razılığa gəliblər. Qeyd olunur ki, bu planların həyata keçirilməsi çətin başa gələ bilər, çünki bu, hansısa formada atəşkəs tələb edəcək.
Portal yazır ki, Qəzza zolağında 500-dən çox amerikalı və yüzlərlə başqa ölkələrin vətəndaşı var:
“Bunlara BMT əməkdaşları, qeyri-hökumət təşkilatlarının üzvləri və jurnalistlər daxildir”.
Misir və BMT bundan əvvəl Qəzza zolağında humanitar vəziyyətin pisləşməsini qəbuledilməz hesab etdiklərini və dinc sakinlərin müdafiəsi üçün diplomatik səylərin tərəfdarı olduqlarını bəyan ediblər. BMT-nin baş katibi Antonio Quterreş mövcud vəziyyətin regional təhlükəsizliyə real təhlükə yaratdığından narahatlığını ifadə edib və Misirin Fələstin anklavına humanitar yardımın çatdırılmasını asanlaşdırmaq səylərini yüksək qiymətləndirib. BMT həmçinin bəyan edib ki, Misirdən Qəzzaya humanitar yardımın çatdırılması üçün dəhlizlər yaratmaq barədə Qahirə ilə işləyir.
“The Jerusalem Post” qəzeti isə Misir təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazıb ki, Qahirə Qəzzadan qaçqın və köçkünlərin keçidi üçün dəhlizlər açmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top