Sülhməramlılar Qarabağda indiyədək neçə məntəqəni bağlayıblar?


“Sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında Rusiya sülhməramlılarının 6 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb. Rusiya sülhməramlılarının iştirakı ilə ərazidə elektrik enerjisi və qaz təchizatının bərpası istiqamətində işlər davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top