“Kreml Paşinyanın MDB sammitində iştirak etməməsinin səbəblərini bilir”


“Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB sammitində iştirak etməməsinin səbəbləri barədə Kremlə məlumat verilib”.
Yeniavaz.com
RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Paşinyan müəyyən səbəblərə görə iştirak etməyəcək:
“Biz səbəbləri bilirik, lakin yəqin ki, bunu özü izah edəcək”.
Eyni zamanda, Uşakov Rusiya ilə Ermənistan arasında təmasların əvvəlki kimi davam edəcəyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Sammitdə Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top