
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Yeniavaz.com xəbər verir ki, səfirliyin "X" səhifəsinə müraciət yerləşdirilib.
Müraciətdə deyilir:
"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik".