Ərdoğan Yaxın Şərqdə baş verənləri qətliam adlandırdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə baş verənlərin müharibədən çox qırğına bənzədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyə dövlət başçısı bunu parlamentdə çıxışı zamanı deyib.
“Qəzza zolağına qarşı qeyri-mütənasib, heç bir mənəvi əsası olmayan güc tətbiqi İsraili dünya səhnəsində tamamilə arzuolunmaz yerə apara bilər. Utancverici üsullarla aparılan bu münaqişə müharibə deyil, kütləvi qətldir”, - o, bildirib.
“Mülki əhaliyə qarşı istənilən addımı yanlış hesab edirik. Biz hesab edirik ki, müharibənin də əxlaqı var və tərəflər buna hörmət etməlidir. Təəssüf ki, İsrail və Qəzza zolağında münaqişələrdə bu prinsip kobud şəkildə pozulur”, - Ərdoğan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top