Azərbaycanla bağlı statistikanı görüb Almaniyadakı işindən istefa verdi, Vətənə qayıtdı – Video


Almaniyada yaşayan və çalışdığı səhiyyə ocağında şöbə müdiri vəzifəsini tutmuş azərbaycanlı ürək-damar cərrahı Nicat İbrahimov fəaliyyətini Azərbaycanda davam etdirmək qərarı alıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə jurnalist Qənirə Ataşın suallarını cavablandırarkən danışıb.
O bildirib ki, bu qərar onun üçün çox ani olub:
“İki ay əvvəl qarşıma bir statistika çıxdı. Həmin statistikada göstərilirdi ki, Azərbaycan ürək xəstəliklərindən ölüm sayına görə dünyada ikinci yerdədir. Biraz təsiredici məqam idi. Səhəri gün artıq ərizəmi yazdım ki, Azərbaycana gedirəm”.
N. İbrahimov hazırda doğulub boya-başa çatdığı Neftçalanın Aşağı Surra kəndindədir. Lakin həkim kimi fəaliyyətini Şirvan şəhərində davam etdirmək qərarı alıb və onun səbələrini də izah edib.
O bildirib ki, daha əvvəl TƏBİB tərəfindən də dəfələrlə Azərbaycana dəvət olunub.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top