Daha 59 sakin Füzuliyə qayıtdı – Yenilənib


Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidməti departamentindən Yeniavaz.com-a verilən məlumata əsasən, oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

***07:30
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 187 ailənin, yəni, 661 nəfərin daimi məskunlaşması təmin ediləcək.


DİGƏR XƏBƏRLƏR

Top