Əfqanıstanda 6,4 və 5,0 bal gücündə zəlzələlər qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Birincinin episentri təxminən 272 min insanın yaşadığı Herat şəhərindən 34 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və ölənlər barədə məlumat verilməyib.
Bir müddət sonra seysmoloqlar Əfqanıstanın qərbində 5 bal gücündə daha bir zəlzələnin qeydə alındığını bildiriblər. Zəlzələnin episentri Herat şəhərindən 28 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə baş verib. Hələlik xəsarət alanlar və ölənlər barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabrın 7-də Herat yaxınlığında zəlzələ baş verib, maqnitudası 6,3-ə çatıb. Son məlumatlara görə, 2,5 min insan həlak olub, on minlərlə insan evsiz qalıb.