“İsrail ordusu vəziyyəti nəzarətə götürüb və tam miqyaslı hücuma keçib”.
Yeniavaz.com “Haaretz” istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant hərbçilərlə görüşdə bildirib.
“Mən bütün məhdudiyyətləri ləğv etmişəm. HƏMAS Qəzza zolağında dəyişiklik istəyirdi və bu, onların düşündüyündən 180 dərəcə fərqli olacaq. Onlar bundan peşman olacaqlar. Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq. Kim qadınları, Holokostdan sağ çıxanları öldürməyə, başını kəsməyə gəlsə, biz onu məhv edəcəyik”, - Qalant bildirib.
Nazir əlavə edib ki, müharibə həftələrlə və ya aylarla uzana bilər.