Azərbaycan Demoktatiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun (ADR) müşaviri Hüseyn Məlik yenidən həbs edilib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddələri ilə təqsirli bilinib.
Məlik Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.
Qeyd edilir ki, R.Məlikə 3 ay əvvəl də 20 sutka inzibati qaydada həbs cəzası verilmişdi.