
HƏMAS silahlılarının hücumu nəticəsində 1000-dən çox israilli həlak olub.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfirliyi məlumat yayıb.
Qeyd edək ki, İsrail hökumətinin son məlumatına görə, 900-dən çox insan həlak olub, 2,4 min sakin yaralanıb.
Fələstin mənbələri oktyabrın 10-da günortadan sonra Qəzza zolağında 770 nəfərin həlak olduğunu, 4000-ə yaxın sakinin yaralandığını açıqlayıb.