
İraqın şimalında terrorçulara qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatında Türkiyə Ordusunun bir çavuşu şəhid olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat bölgəsində terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi partlayıcı qurğunun işə düşməsi nəticəsində çavuş Mustafa Çakmak ağır yaralanıb.
Bildirilib ki, hadisədən dərhal sonra o, xəstəxanaya yerləşdirilib və müalicəsinə başlanılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
“Bizə dərin kədər və hüzn yaşadan bu hadisədə həyatını itirən sevimli şəhidimizə Allah rəhmət eləsin; onun kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və şanlı millətimizə başsağlığı və səbir diləyirik”, - məlumatda qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz