Bu gün İsrail hökuməti Avropa ölkələrində olan əsgərlər də daxil olmaqla, daha 360 min ehtiyatda olan hərbçinin orduya çağırılması qərarını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr ehtiyatda olan hərbçilər yaşayan və İsrailin müdafiəsinə qoşulmaq istəyən İsrail vətəndaşlarının olduğu bir sıra Avropa ölkələrinə göndəriləcək.
Qeyd edək ki, “The Times of Israel” qəzeti də hərbçilərə istinadla İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS-a qarşı əməliyyatda iştirak etmək üçün yüzlərlə hərbçini Avropadan köçürdüyünü yazmış, bundan az sonra isə İsrail ordusunun mətbuat xidməti son 48 saat ərzində 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırıldığını bildirmişdi.