
İsrailin Azərbaycandakı səfirliyi paytaxt Bakıdakı israillilərə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun Tvitter hesabında məlumat dərc olunub.
Bildirilib ki, bu həftənin cümə günü – oktyabrın 13-də İsrailə uçuşlar həyata keçiriləcək.
“Tezliklə “Israir” (Israir Airlines – red.) saytına mlumatlar yüklənəcək və siz bilet sifariş edə biləcəksiniz. Zəhmət olmasa, veb-saytı izləyin”, - məlumatda deyilir.