“Sülhməramlılar Qarabağda 25 mühafizə postu qurur” – Rusiya MN


Rusiya sülhməramlıları Qarabağda 25 mühafizə postu qurur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir.
“Dağlıq Qarabağın silahlı birləşmələri tərəfindən təhvil verilmiş sursat, silah, hərbi və xüsusi texnika anbarlarının mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti tərəfindən 25 mühafizə postunun yerləşdirilməsi həyata keçirilir. “Şimal” (7 post) və “Cənub” (18 post) məsuliyyət zonalarında yaradılan postların 14-ü Azərbaycan tərəfi ilə birgə təşkil olunacaq”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top