Fransa hərbçiləri Nigeri tərk edir


Fransa ordusunun bölmələrinin Nigeri tərk etməsi prosesi başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb .
“İlk qoşunlar geri çəkildi”, - Baş Qərargahının bəyanatında deyilir.
Bildirilib ki, fransız qoşunlarının çıxarılması plana uyğun olaraq koordinasiyalı şəkildə davam etdirilir.
Qeyd edək ki, Nigerdə ​​təxminən 1,4 min fransız hərbi qulluqçusu var.

DİGƏR XƏBƏRLƏR

Top