
İrəvan Ağsaqqallar Şurasının ilk iclasında merliyə yeganə namizəd Tiqran Avinyan Ermənistan paytaxtının meri elan edilib.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, İrəvan bələdiyyəsi aparatının təşkilat şöbəsinin müdiri Armine Vardanyan səsvermənin nəticələrini təqdim edib.
O qeyd edib ki, səsvermədə Ağsaqqallar Şurasının 65 üzvündən 37-si iştirak edib, etibarsız sayılmış bülletenlər olmayıb:
“Şura üzvlərindən 32-si Tiqran Avinyanın lehinə, 5-i isə əleyhinə səs verib”.
Qeyd edək ki, hakim “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvü Tiqran Avinyan Ermənistan Baş naziri Nikol Paşinyana yaxınlığı ilə bilinir.
Tətbiqimizi yükləyə bilərsiniz